Apelliyasiya Məhkəməsi azərbaycanlı fəallar barədə hökmü qüvvədə saxladı
19.05.2026

Təbrizin Apelliyasiya Məhkəməsi 13 azərbaycanlı milli-məsəni fəal barədə ıxardığı hökmü qüvvədə saxlayıb.

Hamid Yeqanepur, İbrahim Əvəzzadə, Araz İbrahimnjad, Hüseyn Azadi, Əmirhüseyn Aqayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Əli Babayi, Mürtəza Nurməhəmmədi və Mir Məhəmmədrza Müvəhhid "ölkənin mülli təhlükəsizliyinə qarşı əlbir olmaq" və "müxalif qruplara üzvlük"də günahlandırılıblar.

Adı çəkilən fəallar ümumilikdə 85 il 9 ay həbs cəzasına məhkum ediliblər.

Bundan əlavə Yürüş Mehrəlibəyli "qanunsuz qrup yaratmaq" ittihamına görə, 6 il 2 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin müxtəlif dövrlərində həbs edilərək Təbriz həbsxanasına köçürülüb, bir müddət sonra isə girov qarşılığında müvvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

visiontv.az