ABŞ Dövlət Departamenti İslam Respublikasının etirazçıları “terrorçu” və “iğtişaşçı” kimi təqdim etməsinə qarşı sərt açıqlama verib. Departamentin farsdilli “X” hesabı paylaşımında yazıb:
“İslam Respublikasının etirazçıları iğtişaşçı və terrorçu adlandırması dünyanı aldatmır. Bunlar zorakılığa haqq qazandırmaq üçün istifadə edilən etiketlərdir, başqa bir şey deyil”.
Son günlər İran hakimiyyəti etiraz aksiyalarını gizlətmək məqsədilə nümayişçiləri "terrorçu" kimi qələmə verir. Eyni zamanda, İran Xarici İşlər Nazirliyi xarici səfirləri dəvət edərək, xarici işlər naziri Abbas Əraqçı vasitəsilə etirazçılara qarşı zorakılığa haqq qazandırmağa çalışıb.
visiontv.az
ADB: Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım üçün əməkdaşlığı dərinləşdirməlidir