SEPAH-ın keçmiş baş komandanı və Müctəba Xameneyinin müşaviri Möhsün Rzayi ABŞ ordusuna qarşı sərt bəyanatla çıxış edib.
Rzayi “X” hesabında paylaşım edərək bildirib ki, əgər müharibə yenidən başlasa, ABŞ “gəmilər və qoşunlar məzarlığı” ilə üzləşəcək.
“Amerika dünyada təyyarədaşıyan gəmisi olan yeganə piratdır. Piratlarla qarşılaşmaq qabiliyyətimiz döyüş gəmilərini batırmaq qabiliyyətimizdən heç də az deyil. Təyyarənizin qalıqları İsfahanda qaldığı kimi, özünüzü gəmilər və qoşunlar məzarlığı ilə qarşılaşmağa hazırlayın”, – deyə Möhsün Rzayi yazıb.
visiontv.az