İran-Pakistan sərhədində yerləşən Pirkur şəhəri yaxınlığında genişmiqyaslı qanunsuz yanacaq daşınması müşahidə olunub. Şahidlərin sözlərinə görə, İrandan Pakistana doğru hərəkət edən minlərlə insanın qatıldığı böyük karvan sərhəd bölgəsində görüntülənib.
Məlumata əsasən, bu cür yanacaq daşımaları əvvəlki illərdə daha ciddi şəkildə nəzarət altına alınsa da, son dövrlərdə bu prosesin yumşaldığı bildirilir. Bəzi mənbələr bu vəziyyəti ölkə daxilində yanacaq ehtiyatlarının idarə olunması ilə əlaqələndirir.
Qeyri-rəsmi məlumatlara görə, artan qeyri-qanuni ixrac daxili anbarlarda yüklənmənin azalmasına da təsir göstərir.
visiontv.az