"Ədli" təxəllüslü Osmanlı sultanı
05.05.2026

Sultan II Bayazid eyni zamanda "Ədli" təxəllüsü ilə şeirlər yazan bir şair idi.II Bayazidin "Ədli" təxəllüsü ilə yazdığı şeirlərdən ibarət rəsmi "Divan" nüsxələri Türkiyənin Topqapı Sarayı və Millət Kitabxanası kimi arxivlərdə saxlanılır.

Tarixçilərin fikrincə, II Bayazid taxtı oğluna təhvil verib Dimetokaya sürgünə gedərkən yolda zəhərlənmişdir.

Sultan II Bayazid taxtı təslim edərkən oğlu Səlimə belə bir qarğış etdiyi də rəvayət olunur: "Qılıncın kəsərli olsun, amma ömrün qısa olsun"

Ona son günlərində belə bir şeir də yazmışdır:

"Kəndi istəyimlə tərk etmədim mən bu mülki-dövləti,

Görün nə etdi mənə bu Səlim Şah.

Bilirdim gələcəkdir başıma bu ruzigar,

Söyləmə ey dost, mən bunu bəxtimdən bilirdim.

Onu övlad deyil, bir qarındaş saymışdım,

Görün nə etdi mənə bu Səlim Şah"

Hoca Sadəddin Əfəndinin "Tacü't-Tevarih" əsəri kimi qədim kitablarda II Bayazidin taxtdan enməsi səhnəsi təsvir olunur və bu misralar orada mətn daxilində verilir.

tarixçi Zaur Əliyev

visiontv.az