İranın Mumbay şəhərindəki Baş Konsulluğuna məxsus “X” hesabında ABŞ-nin hərbi qüdrətini hədəfə alan satirik paylaşım edilib.
“Mediada Sem dayı nəhəngdir, Hörmüzdə isə o qədər də yox”, – deyə paylaşımda bildirilib.
Yayımlanan fotokollajın birinci hissəsində nəhəng bədən quruluşuna malik, çempionluq kəməri daşıyan və mühafizəçilərin müşayiət etdiyi şəxs təsvir olunub. Bu görüntü “ABŞ mediada” sözləri ilə təqdim edilib. İkinci hissədə isə həmin şəxsin arxadan görüntüsü əks olunub. Burada onun nəhəng görünüşünün geniş geyim vasitəsilə yaradıldığı, əslində isə daha kiçik bədən quruluşuna malik olduğu göstərilib.

visiontv.az