İran ABŞ-la danışıqlar barədə Rusiyanı məlumatlandırır.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, İran Rusiyanın ABŞ ilə aparılan danışıqlardan irəli gələn hər hansı potensial razılaşmada konstruktiv rol oynayacağına ümid edir:
“Biz danışıqlar (ABŞ-İran danışıqları) barədə Sergey Lavrovu məlumatlandırırıq. Ümid edirik ki, Rusiya istənilən potensial razılaşmada fəal və konstruktiv rol oynamağa davam edəcək”.
O, Çinin də danışıqlar barədə məlumatlandırıldığını vurğulayıb.
“Qarşı tərəf qeyri-real və əsassız tələblər irəli sürməkdən çəkinərsə, razılaşma mümkündür”, – İran XİN rəhbəri əlavə edib.