İdmançı şəhidimiz medalla təltif olundu
16.12.2020

Gəncə İdman Klubunun şəhid idmançısı Hüseynov Röyan Sübhan oğlu ölümündən sonra "Vətən Uğurunda" Medalı ilə təltif olunub.

Visiontv.az xəbər verir ki, vətən müharibəsində iştirak edən Röyan Hüseynov Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Röyan Gəncə İdman Klubunda cüdo idman növü ilə məşqul olub.

Şəhidin uşaqlıq illərində Gəncə İdman Klubunda şəkdirdiyi şəkli təqdim edirik:

Allah bütün şəhidlərimizə rəhmət eləsin!