Husilərdən Bab-Əl-Məndəb boğazını bağlamağa hazırlaşır
17.07.2026

“Reuters” 3 mənbəsinə istinadən yazır ki, İran hakimiyyəti Yəmən şiə husilərdən onların Hörmüz boğazında etdiyi kimi Bab-Əl-Məndəb boğazını bağlamağa hazır olmağı xahiş edib.

Agentliyin yaydığı məlumatı hələlik heç bir reaksiya verilməyib. “Reuters” həmçinin qeyd edib ki, İranın xahişi ilə husilər ABŞ-nin İranın enerji infrastrukturuna zərbə endirəcəyi halda hərəkətə keçəcəklər.

Çərşənbə günü ABŞ prezidenti İran hökumətini təhdid edərək, Vaşinqtonla gələn həftə razılığa gəlməyəcəkləri halda İranın enerji mənbələrini vuracağını bildirib. Donald Tramp “Fox News”un “Special Report” proqramına həmçinin İranın körpülərini də vuracaqlarını deyib:

“Gələn həftə onların vəziyyəti həqiqətən pis olacaq çünki növbə onların enerji zavodlarına, körpülərinə çatacaq”.

“Reuters” isə detallara girmədən yazır ki, husilər artıq İranın təklifini qəbul ediblər.

Bab-Əl-Məndəb boğazı Qırmızı dənizlə Hind okeanındakı Ədən körfəzini bir-birinə bağlayır. Bu boğaz Səudiyyə Ərəbistanı neft daşımaları üçün əhəmiyyətli ərazi sayılır. Hazırda bu ərazi yaxınlığında yerləşən Yanbu limanı Ər-Riyadın neft ixracı həyata keçirməyə imkan verən əsas limanıdır. Xüsusilə onun əhəmiyyəti Hörmüz boğazının bağlanmasından sonra daha da artıb.

visiontv.az