İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan yüzlər məhbus beşinci gündür aclıq aksiyası keçirirlər.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, aksiya 6 məhbusun edam qabağı hazırlq üçün təkadamlıq kameraya köçürülməsindən sonra başlayıb. Təkadamlıq kameralara köçürülən 6 məhbusun 5-i edam edilib.
Etirazçı məhbuslar hökumətin edamlardan başqa məhkumlara qarşı qorxu və təzyiq vasitəsi kimi istifadə etdiyini bildiriblər.
İnsan haqları fəallarının məlumatına görə, aclıq aksiyasına təşkilatçılıq etməkdə günahlandırılan bir neçə məhbus döyülüb və təkadamlıq kameralara salınıb.
visiontv.az
Xameneinin öldürülməsindən sonra Tramp dünyanın heç bir yerində təhlükəsizlikdə olmayacaq