İran Bəndər-Abbas yaxınlığında dəmir yoluna zərbədən sonra qatar marşrutlarını dəyişib
17.07.2026

Hörmüzqan əyalətində dəmir yolu infrastrukturuna endirilən zərbədən sonra Bəndər-Abbasdan hərəkət edən sərnişin qatarlarının marşrutu dəyişdirilib.

Bunu dövlət dəmir yolu operatoru bildirib.

Qurumun məlumatına görə, sərnişinlər əvvəlcə avtobuslarla Bəndər-Abbas stansiyasından Fin şəhərinə aparılacaq, daha sonra isə səfərlərini qatarla davam etdirəcəklər.

İran KİV-lərinin məlumatına əsasən, Bəndər-Abbasdan təxminən 10 kilometr qərbdə yerləşən dəmir yolu qovşağı gecə saatlarında zərbəyə məruz qalıb. Hadisə nəticəsində iki nəfər yaralanıb, stansiyaya isə ziyan dəyib.

Həmin dəmir yolu qovşağı Bəndər-Abbas və Şəhid Rəcai limanına xidmət göstərən sərnişin və yük daşımalarını birləşdirən əsas nəqliyyat xəttidir.

visiontv.az