Çabahar zərbəsinə cavab olaraq ABŞ-la əlaqəli regional limanlar hədəfə alına bilər
17.07.2026

ABŞ-ın Çabahar limanına endirdiyi zərbəyə cavab olaraq regionda Amerikanın hərbi və ya kommersiya maraqlarına ev sahibliyi edən beş əsas liman hədəfə alına bilər.

Bunu İranın SEPAH-a bağlı Fars xəbər agentliyi bildirib.

Fars agentliyi potensial hədəflər kimi Birləşmiş Ərəb Əmirliklərindəki Cəbəl Əli limanını, Bəhreyndəki Mina Salman dəniz bazasını, Küveytdəki Şüeybə limanı və Ərifcan hərbi düşərgəsini, Qətərdəki Hamad limanını və Səudiyyə Ərəbistanının Yənbu şəhərində yerləşən Kral Fəhd Sənaye Limanını göstərib.

visiontv.az