Hikmət Hacıyev: Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib
18.05.2026

Qlobal gərginliyin və münaqişələrin artdığı bir dövrdə Azərbaycan beynəlxalq dialoq və aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.

Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident  Administrasiyasının  Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən Ümumdünya Şəhərsalma Forumu (WUF13) rəsmi olaraq işə başlayıb.

visiontv.az