Dünən güneyli gənc milli fəal Behzad Paşazadə Urmiyanın mərkəzi zindanından 700 milyon tümən (7 min 979 $) girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Məlumata görə, milli fəal mayın 7-də “etnik mənsubiyyəti təhqir etmək” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq şəxsi mağazasında həbs edilib.
Qeyd edək ki, həmin gün Urmiyada saxlanılan digər fəal Huşəng Nağızadənin vəziyyəti hələlik bəlli deyil.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”