Güneyli öyrənci sosial media paylaşımına görə həbs edildi
18.07.2025

Təbriz Tibb Universitetinin Əczaçılıq fakültəsinin öyrəncisi və İslam Tələbə Birliyinin üzvü Əli Pərvin sosial şəbəkədə yayımladığı tənqidi paylaşımlara görə saxlanılıb. Məlumata görə, o, müharibə dövründə “Instagram” hesabındakı paylaşımlarında hökumətin siyasətini tənqid edib.

Əli Pərvinə qarşı “sosial şəbəkələrdə yalan məlumat paylaşmaq” ittihamı ilə cinayət işi açılıb. Məhkəmə onun işinin 6 aydan 2 ilədək şərti olaraq təxirə salınmasına qərar verib. Bu müddət ərzində oxşar fəaliyyət təkrarlanarsa, cinayət işi yenidən açılacaq.

visiontv.az