Günəşdə son 14 günün ən şiddətli partlayışı qeydə alınıb
22.07.2026

Bu gün səhər Günəşin ümumi aktivliyinin yüksəlməsi nəticəsində son iki həftə ərzində ən şiddətli alışma müşahidə edilib.

Visiontv.az-ın  TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər  Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasında bildirilib.

"İyul ayının 7-dən etibarən (iki həftədən artıq müddətdə) baş verən ən güclü partlayış Moskva vaxtı ilə 09:35-də (Bakı vaxtı ilə 10:35-də) reallaşıb. Bu proses son 24 saatda ulduzun aktivliyinin çoxalması səbəbindən yaranıb", - deyə məlumatda bildirilir.

Bununla yanaşı, son bir gün ərzində Günəş səthində 20-yə qədər oxşar alışmanın baş verdiyi də diqqətə çatdırılır.

Mütəxəssislər vurğulayıblar ki, sözügedən alışmalar Yer kürəsinə təsir edə biləcək geoeffektiv bölgələrdə baş versə də, hazırda planetimiz üçün birbaşa təhlükə mənbəyi deyil.

visiontv.az