ABŞ-də qızılca tüğyan edir - Son 35 ilin yoluxma rekordu
22.07.2026

Amerika Birləşmiş Ştatlarında son 35 ildə qızılcaya yoluxma hallarının ən yüksək səviyyəsi qeydə alınıb.

Visiontv.az  xəbər verir ki, bu barədə TASS  ABŞ-nin Cons Hopkins Universitetinin hesabatına əsasən məlumat yayıb.

Statistikaya əsasən iyulun 21-nə olan vəziyyətə görə  ABŞ-də artıq 2 295 qızılcaya yoluxma halı aşkarlanıb. Bu, 1991-ci ildən bəri maksimal göstəricidir. Xəstələrin ən çoxu Cənubi Karolina, Yuta, Texas və Virciniya ştatlarının sakinlərinin payına düşür. Ötən il qızılcaya yoluxan amerikalıların sayı 2 289 nəfər təşkil edib.

Xəstəliyin kəskin yayılması cəmiyyətdə vaksinasiya səviyyəsinin azalması ilə əlaqələndirilir. Vurğulanır ki, infeksiyaya yoluxanların 90 faizindən çoxunda qızılcaya qarşı peyvənd yoxdur və ya onların müvafiq peyvənd alıb-almaması ilə bağlı heç bir məlumat mövcud deyil. Xəstələnənlərin əsas hissəsini 18 yaşına çatmamış uşaqlar təşkil edir.

Xatırladaq ki, Birləşmiş Ştatlarda qızılca infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə 1963-cü ildən başlanılıb.

visiontv.az