Fransanın ekoloji keçid naziri Monik Barbyu yekun olaraq Prezident Emmanuel Makronun xahişi ilə missiyasını davam etdirməyə razılaşıb.
Visiontv.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Nazir ölkə başçısının onu dəstəklədiyinə əmin olduqdan sonra istefa qərarından daşınıb.
Xəbərdə bildirilir ki, Fransa lideri xanım nazirin istefasını qəbul etməyib.
Nazirin ölkəyə ciddi zərbə vuran iqlim dəyişikliyinin fəsadlarına qarşı təcili fəaliyyət göstərmək zərurəti, eləcə də ətraf mühitin və əhalinin sağlamlığının qorunması sahəsində qarşıda duran vəzifələrin həlli naminə hökumətdə qalmağa razılıq verdiyi vurğulanır.
visiontv.az