Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib.
Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.
visiontv.az