Gəncədə məhbuslar arasında idman yarışları keçirilib
Gəncədə məhbuslar arasında idman yarışları keçirilib
30.06.2022 MEDİA Tərəfindən

30 iyun 2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər arasında şahmat, dama, nərd və stolüstü tennis idman növləri üzrə yarışlar keçirilib.

Visiontv.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, qapalı müəssisələrdə saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli şəkildə təşkili məqsədilə bu cür İdman yarışlarının əhəmiyyətindın danışmış və yarışın iştirakçılarına uğurlar arzulamışdır.

Yarışın sonunda qaliblər Baş İdarə tərəfindən diplomlarla təltif olunublar.