Bunu xəstənin müalicə olunduğu “DNK - İstanbul Hospital”ından bildiriblər.
Məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Ayaz Məmmədov hazırda müalicəsini xəstəxanada davam etdirir və vəziyyəti barədə yaxınlarına dəfələrlə rəsmi və tibbi məlumatlar təqdim olunub. Hazırda A.Məmmədovun müalicəsi tibbi protokollara uyğun şəkildə aparılır və vəziyyəti diqqətlə izlənir. Məsələ ilə bağlı rəsmi qurumlarla əməkdaşlıq davam edir və hüquqi baxımdan hər hansı pozuntuya yol verilməyib. Media nümayəndələrindən yayılan məlumatları dəqiqləşdirmədən paylaşmamağı xahiş edirik.

visiontv.az