İranın zənginləşdirilmiş uranının bir hissəsi İsrail və Amerikanın hücumları nəticəsində məhv edilib, ancaq uran ehtiyatının qalan hissəsinin yeri ilə bağlı məlumat yoxdur.
Bunu Fransa Xarici Kəşfiyyat İdarəsinin rəisi Nikolas Lerne Fransanın LSE kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika və İsrailin İranın nüvə obyektlərinə hücumları İranın nüvə proqramını bir neçə ay gecikdirib.
O, əlavə edib ki, Fransanın qiymətləndirmələrinə görə, İranın bütün uranı zənginləşdirmə obyektləri hücumlar zamanı ciddi ziyan görüb.
“İranda 450 kilo zənginləşdirilmiş uranın qaldığına dair konsensus var, bəlkə də onun kiçik bir hissəsi məhv edilib, lakin bu material hələ də rejimin əlindədir.” - deyə Nikolas Lerne bildirib.
O, həmçinin bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranda fəaliyyətini hələ bərpa etmədiyi üçün bu zənginləşdirilmiş uran ehtiyatları və onların hazırkı yeri barədə qəti açıqlama vermək mümkün deyil.
visiontv.az