Əyalər mollası yenidən Azərbaycanla bağlı uydurma hekayə ilə gündəmə gəlib
07.11.2025

İranın ali rəhbərinin Ərdəbildəki nümayəndəsi və şəhərin cümə imamı Həsən Amoli, bu dəfə də cəfəng sözləri ilə diqqət çəkib. Bununla bağlı, SEPAH-ın “Telegram” kanalında video paylaşılıb.

Hökumət mollası, 12 günlük İran-İsrail müharibəsi zamanı Bakıdan ona zəng edən bir nəfərin, müharibədə İslam Respublikasının qələbəsi üçün nəzir dediyini iddia edib.

Amoli, daha bir azərbaycanlının onun yanına gəldiyini və SEPAH-ın Qüds qanadının keçmiş komandanı, general Qasım Süleymaninin əlinin onun hansı çiyninə qoyduğunu soruşduğunu bildirib. Amoli daha sonra, həmin şəxsə Süleymaninin əlini qoyduğu çiynini göstərdiyini və onun mollanın çiynini öpdüyünü deyib.

Bu iddialar, Həsən Amolinin fikirlərinin mübaliğəli və uydurma olduğunu, İran rejiminin dindən öz çirkin siyasi məqsədləri üçün istifadə etdiyini bir daha sübuta yetirir.

visiontv.az