Ermənistan Azərbaycana altı şərt irəli sürüb: Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb
Ermənistan Azərbaycana altı  şərt irəli sürüb: Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb
06.05.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. Və qeyd edib ki, anklavlar hər iki tərəfdə var və bunlar dəyişdirilməlidir. Ermənistan Azərbaycana altı şərt irəli sürüb. Görünür, anklavlarla bənd bu təklifə salınıb.

Ermənistan Gədəbəy rayonunda anklavı nəzərdə tutur və Qazaxın bir neçə kəndini Azərbayacana qaytarmaqda maraqlı görünmür. Qazaxın yeddi kəndi və Naxçıvan MR Kərki kəndi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinə salınmalıdır.   İlk növbədə Azərbaycan prezidenti İlham Əliyev ADA çıxışında Ermənistanla sərhdlərin müəyyənləşməsində məhz 1918-ci ildən başlayan xəritələr  götürülməlidir. Təbii ki, bu xəritələrin götürülməsi Ermənistanın anklavalarla bağlı təkliflərinə son qoyulacaq. Prezidentin bu konteksdə mövqeyi məhz Ermənistanla hərhnası bir ərazi mübadiləsini istisna edir.

Ümumiyyətlə, Ermənistanla sərhədlərin demarkasiyası uzun çəkəcək və silahı qarşıdurmanın baş verməsi tam sona çatacaq. Azərbaycan anklavlarla bağlı məsələdə Ermənistna güzəştə getməməlidir. N. Paşinyan daxili auditoreyadan çəkindiyi üçün bu mələdə maraqlı deyil. Amma, Ermənistan cəmiyyəti də bilməlidir ki, anklav kəndlər Azərbaycan torpaqlarıdı.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az