ABŞ Hörmüz boğazında SEPAH qayıqlarına zərbə icazəsi verdi
04.05.2026

ABŞ ordusuna Hörmüz boğazında SEPAH-ın hərbi katerlərinə və raket buraxılış məntəqələrinə zərbə endirmək üçün icazə verilib.

Bununla bağlı, “Axios” nəşrinin müxbiri Barak Ravid “X” hesabında paylaşım edib.

“Yüksək vəzifəli bir Amerika rəsmisi, bölgədəki ABŞ qüvvələrinin döyüş qaydalarında dəyişiklik edildiyini və onlara boğazı keçən gəmilərə, eləcə də, SEPAH-ın sürətlı qayıqlarına və ya İranın raket buraxılış mövqelərinə hücum etmək səlahiyyəti verildiyini açıqlayıb", - deyə, Ravid bildirib.

visiontv.az