ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar yaxın zamanda real nəticə verməsə, genişmiqyaslı hərbi əməliyyatlara əl ata bilər.
Bu barədə Axios yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Ya tezliklə əldə oluna biləcək razılaşmanın real konturlarını görəcəyik, ya da o, İranı ağır şəkildə bombalayacaq,” — deyə rəsmi bildirib.
Məlumata görə, Tramp İran üzərində təzyiqi artırmaqla yanaşı diplomatik kanalları da açıq saxlamaq niyyətindədir.
Xəbərdə qeyd olunur ki, Trampın nümayəndələri Cerıd Kuşner və Stiv Uitkof İranın xarici işlər naziri Abbas Əraqçi ilə təklif mübadiləsini davam etdirir.
Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, tərəflər hələ də mövqelər baxımından bir-birindən uzaqdır: “Danışıqlar var, təkliflər var. Biz onlarınkını bəyənmirik, onlar da bizimkini bəyənmir.”
Mənbələrdən biri Trampın Hörmüz boğazında qalan gəmilərə yardım məqsədilə irəli sürdüyü “Azadlıq Layihəsi” təşəbbüsünü “iranlılarla qarşıdurmaya gətirib çıxara biləcək prosesin başlanğıcı” kimi qiymətləndirib.
CENTON-un məlumatına görə, bu layihəyə hərbi dəstək olaraq idarə olunan raketli esmineslər, pilotsuz uçuş aparatları, 100-dən çox hava və dəniz vasitəsi, həmçinin 15 min hərbçi cəlb ediləcək.
visiontv.az