ABŞ-nin maliyyə naziri Skot Bessent İrana qarşı iqtisadi təzyiqlərin ölkə daxilində parçalanmaya səbəb ola biləcəyini və Tehranı danışıqlar masasına qayıtmağa vadar edəcəyini bildirib.
Bessentin sözlərinə görə, yaxın vaxtlarda İran daxilində müxtəlif qüvvələr arasında qarşıdurma yarana bilər. O, ölkənin Yaxın Şərqdə ayrı-seçkilik etmədən hücumlar həyata keçirməklə aqressiv reaksiya verə biləcəyini də istisna etməyib.
Nazir İranı “yaralı və küncə sıxışdırılmış heyvan”a bənzədərək bildirib ki, mövcud təzyiqlər nəticəsində Tehran danışıqlara qayıtmağa və özünün də əməl etmək istəyəcəyi razılaşma əldə etməyə məcbur qala bilər.
visiontv.az