Qalibaf: “Düşmən hərbi qarşıdurmada İrana qarşı çəkindirmə həddinə çatıb”
24.11.2026

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf düşmənin hərbi qarşıdurmada İrana qarşı çəkindirmə həddi ilə üzləşdiyini və 40 günlük müharibəyə bənzər əməliyyatlarla məqsədlərinə nail ola bilməyəcəyini anladığını iddia edib.

Qalibafın sözlərinə görə, mövcud şəraitdə İranın rəqibləri hərbi əməliyyatlar əvəzinə iqtisadi təzyiqlərə və ölkə daxilində parçalanma yaratmağa yönəlmiş digər tədbirlərə üstünlük verməyə çalışırlar.

Parlament sədri yaranmış vəziyyəti İran silahlı qüvvələrinin fədakarlığı, iradəsi, uzaqgörənliyi və qətiyyəti ilə əlaqələndirib.

visiontv.az