ABŞ prezidenti Tramp bildirib ki, İran əldə edilən razılaşmaları pozur, ona görə də gələcəkdə Ağ Evi kimin tutmasından asılı olmayaraq yeni müqavilə qüvvədə qalmalıdır.
"Onlar razılaşma bağlayırlar və ertəsi gün onu pozurlar. Ona görə də əmin olacağam ki, dörd il, 15 il və ya 20 il sonra səriştəsiz prezidentimiz olsun, bağladığım razılaşma daimi olacaq. Heç kimin onlara nüvə silahı əldə etmək imkanı verməsinə icazə verməyəcəyəm", - Tramp əlavə deyib.
visiontv.az