DTX əməliyyatçıları İmişli İH-in binasına daxil olublar
05.05.2020

DTX əməliyyatçıları İmişli İcra Hakimiyyəti binasında əməliyyat keçirib.

Visiontv.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.

Əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetndə axtarış aparırlar. Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir.  V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub. İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.