“Həm Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinatı məsələsində çatışmazlıqlar var. Orqan rəhbərlərinin xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən şəxsləri müqavilə əsasında işdə saxlayır”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu gün müsabiqədə yüksək nəticə əldə edən şəxslər müsahibədə müqaviləli işçilərə uduzur: “Ömrünü dövlət qulluğuna hazırlaşmağa həsr edən Azərbaycan gənci bu səddi aşa bilmir. Ehtiyat kadrların təyinatı məsələsində 2 illik müddət bir daha gözdən keçirilməlidir. DİM-ə səlahiyyət verilsin ki, harada vakansiya varsa, gənclər həmin vəzifələrə göndərilsin”.