DGK: Azərbaycan və Gürcüstan sərhəddə yük maşınlarının sıxlığının aradan qaldırılması üçün tədbirlər görəcək
19.08.2026

Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

Bu barədə  Dövlət Gömrük Komitəsindən bildirilib.

“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, - qeyd edilib.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində son günlər yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə olunduğu, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.

visiontv.az