Rusiya ordusunun ötən gecə Ukraynaya hücumlarında 12 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hücumlar Xarkov, Zaporojye, Dnepr və Çerniqov regionlarında həyata keçirilib.
Nəticədə mülki infrastruktura ciddi ziyan dəydiyi bildirilir.
“Rusiya Ukrayna şəhərlərini məhv etmək və mülki əhalini hədəfə almaqla bağlı əsl niyyətini nümayiş etdirir. Dünya sadəcə təcavüzü qınamaqla yox, eyni zamanda terrorçu dövləti bütün məntiqli yollarla birdəfəlik dayandırmaqla reaksiya verməlidir”, - Ukrayna XİN-in bəyanatında vurğulanıb.
visiontv.az