Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
19.08.2026

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 67 əcnəbini ölkədən deportasiya edib.

Visiontv.az  xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib. 

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka, Çin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

visiontv.az