Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib
18.08.2026

Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.

Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

visiontv.az