Ceyhun Bayramov Hakan Fidanla görüşüb
29.10.2026

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bu barədə nazirliyin "X" sosial media hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.

visiontv.az