Bütün proseslər Əliyev - Paşinyan görüşünü qaçılmaz edir. İlham Əliyev diplomatiyada rəqibindən dəfələrlə güclüdür, ölkəsi qalibdir.
İndi şərtləri biz diqtə edirik. Lakin xarici amillər dəyişir, Bakıya təzyiqlər arta bilər. Paşinyan da Türkiyə ilə münasibətləri qurmaq üçün əlindən gələni etmək istəyir. İstənilən vəziyyət gec-tez dəyişir. Sülh sazişini imzalamaq və qələbəni möhkəmləndirmək lazımdır. 44 günlük savaş və İran rəsmilərinin İlham Əliyev barədə dediklərinə cəmiyyətin verdiyi təpki bir daha göstərdi ki, milli birlik formulu işləyir.
Bunu gücləndirmək üçün əfv və amnistiyaya ehtiyac yaranıb!
Siyasi şəhrçi Azər Rəşidoğlu
Visiontv.az