Biz irqçı deyilik, amma əfqanistanlı qaçqınlar İranı tərk etməlidirlər
19.07.2025

Bunu İranın daxili işlər naziri İsgəndər Mömeni deyib.

"Son bir neçə ay ərzində 800 min əfqanistanlı ölkədən gedib və qalan 2 milyon qanunsuz miqrantda ölkəni tərk etməlidir",- o əlavə edib.

İranda 6 milyon əfqanistanlı qaçqının olduğunu iddia edən nazir, qanuni icazəsi olmayanların İrandan çıxarıldıqlarını bildirib.

Qeyd edək ki, cari ildə 1 milyon 200 min əfqanistanlı qaçqın İrandan qovulub, İran-İsrail qarşıdurmasından sonra isə onların deportasiyası dahada sürətlənib.

visiontv.az