Bir imzanın maliyyəti - 208 mlryard dollardır
11.04.2025

ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni gömrük rüsumları qlobal bazarları alt-üst edib. Ən böyük zərbəni isə texnologiya nəhənglərinin liderləri alıblar.

Bloomberg Milyarderlər İndeksinin məlumatına əsasən, cəmi bir gündə milyarderlərin ümumi sərvəti 208 milyard dollar azalıb. Bu çöküş, indeksin 13 illik tarixi ərzində qeydə alınan ən böyük dördüncü günlük azalma olmaqla yanaşı, Covid19-un ən pik dövründən bəri müşahidə olunan ən kəskin azalma kimi də tarixə düşüb. Xüsusilə ABŞ  milyarderləri orta hesabla 3,3% sərvət itkisi ilə üz-üzə qalıblar.
Trampın rüsumlarının təsiri ilə sərvətlərindən ən çox itirən milyarderlər bunlardır:
1. Mark Zukerberq (META) – 17,9 mlrd USD
2. Cef Bezos (Amazon) – 15,9 mlrd USD
3. Elon Mask (Tesla) – 11 mlrd USD
4. Maykl Dell (Dell Techno) – 9,5 mlrd USD 
5. Lerri Ellison (Oracle) – 8,1 mlrd USD
6. Censen Xuang (Nvidia) – 7,4 mlrd USD
7. Bernard Arno (LVMH) – 6,2 mlrd USD
8. Lerri Peyc (Brin) – 4,8 mlrd USD
9. Sergey Brin – 4,5 mlrd USD 
10. Tomas Peterffi (InteractiveBrokers) – 4,1 mlrd USD

Aqil Məmmədov

visiontv.az