Bir film bir çox dövlətin büdcəsi qədər pul gətirib: 2,7 milyard dollar
Bir film bir çox dövlətin büdcəsi qədər pul gətirib: 2,7 milyard dollar
26.01.2023 Kənan Rövşənoğlu Tərəfindən

Bu günə qədər kino tarixində 6 film 2 milyarddan çox gəlir gətirib. Bu filmlərdən üçünü bir rejissor - Ceyms Kameron çəkib.

Titanik, Avatar-1 və Avatar-2.

Digər üç film Ulduz Müharibələri və Avenvers seriyasından iki filmdir.

Bu arada hazırda Avatar-3 və Avatar-4-ün çəkilişləri davam edir. Yəni Kameronun iki milyardlıq kino rekordu yenilənə bilər.

Yeri gəlmişkən, ilk milyardlıq və iki milyardlıq film rekordunu da Kameron Titaniklə (2,7 mlrd) qazanıb.

"Milyard oglanın" 68 yaşı var. Amma hələ pensiyaya çıxmağa hazırlaşmır.

Həqiqətən də fantastik hadisədir, bir film bir çox dövlətin büdcəsi qədər pul gətirə: 2,7 milyard dollar!

Bu arada dünən gecə Pyer Rişar və Jerar Depardiyenin iştirak etdiyi 1981-ci ildə çəkilmiş "Bəxti gətirməyən" filminə baxdım. Amma gözlədiyim kimi, uşaq vaxtı olduğu kimi təsir etmədi, uşaq vaxtı baxıb güldüyüm səhnələr mənə adi gəldi.

"Sərsəm, sərsəm dünya" filminə baxanda da elə oldu, bir zamanlar gülməkdən ürəyim getdiyi film orta səviyyədə güldürməmişdi. Zövqlər zamanla çox dəyişir.

Kənan Rövşənoğlu

visiontv.az