Bəzən elm Kainatın səsini ölçür, bəzən isə onu kinoda eşitdirir
16.01.2026

Qravitasiya dalğaları ilk dəfə təxminən yüz il əvvəl Albert Einstein tərəfindən ümumi nisbilik nəzəriyyəsi çərçivəsində nəzəri olaraq proqnozlaşdırıldı. Bu dalğalar bir əsr sonra, 2015-ci ildə, eksperimental olaraq qeydə alındı.

Qravitasiya dalğaları ilk dəfə Albert Einstein tərəfindən 1916-cı ildə ümumi nisbilik nəzəriyyəsi çərçivəsində nəzəri olaraq proqnozlaşdırılıb. Bu dalğalar təxminən 100 il sonra, 2015-ci ildə birbaşa eksperimental olaraq qeydə alındı.

Bu tarixi kəşf Kip Tornun (Thorne) elmi rəhbərindən biri olduğu LIGO beynəlxalq layihəsi çərçivəsində həyata keçirildi. Torn ümumi nisbilik, qravitasiya nəzəriyyəsi və astrofizika sahəsində dünyanın aparıcı mütəxəssislərindən biridir; Stiven Hokinqin (Stephen Hawking) yaxın dostu idi, uzun illər həmkarı olub.

Qravitasiya dalğalarının birbaşa aşkarlanmasına verdiyi fundamental töhfələrə görə Kip Torn 2017-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldü (Rainer Weiss və Barry Barish ilə birlikdə).

Maraqlıdır ki, geniş auditoriya onu çox vaxt Nobel laureatı və ya relativist fizik kimi deyil, kultlaşmış Interstellar (2014) filminin elmi məsləhətçisi və icraçı prodüseri kimi tanıyır.

Bəzən elm Kainatın səsini ölçür, bəzən isə onu kinoda eşitdirir.

Əgər bu filmi hələ izləməyən varsa, bu “kosmik boşluğu” gecikmədən doldurmaq tövsiyə olunur.

Bu foto 2017-ci ildə professor Torn evində Stokholmdan gələn telefon zənginə cavab verərkən çəkilib. Kübar bir kişi ciddi bir səslə "Bağışlayın, vaxtınızı alıram, Siz Nobel mükafatına layiq görüldünüz" demişdi okeanın o tayından...

Bir bir və ya daha çox şəxs, saqqal və telefon şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az