“Bayraktar TB3” 11-ci uçuş testində 6 saat havada qalaraq Sistem Performans Testini uğurla başa vurub.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial media hesabındakı paylaşımında “Bayraktar TB3” Sistem Performans Testi çərçivəsində 6 saat havada qaldığını və 11-ci uçuşunu uğurla başa vurduğunu açıqlayıb.
“Bayraktar TB3” PUA, qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
Qeyd edək ki, Selçuk Bayraktar, 2024-cü ildə TCG Anadolu gəmisində Bayraktar TB3 üçün sınaqlara başlamağı planlaşdırdıqlarını açıqlayıb.
İlahə Əliyeva