Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.
Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.
Onun köynəyinin üzərində "Heç kimin həyatı vacib deyil" yazısı olub.
Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.
Türkiyə Qara dənizdə mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edib