Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb
16.12.2025

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.

***

12:44

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər yola düşüb.

Qeyd edək ki, Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb - FOTO  - YENİLƏNİB

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb - FOTO  - YENİLƏNİB

Visiontv.az