Baxış bəy Rüstəmbəyovu tanıyaq... "Cümhuriyyət xadimləri" rubrikası...
Baxış bəy Rüstəmbəyovu tanıyaq... "Cümhuriyyət xadimləri" rubrikası...
19.01.2023 MEDİA Tərəfindən

Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi olub.  Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirib, Moskva Texniki Məktəbinə daxil olub. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunub. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olub. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910-1917-ci illərdə neft mədənlərində işləyib.

Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyanda anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirib. Həmin il Moskva texniki məktəbinə daxil olub. Lakin təhsilini başa vurmadan 1893-cü ildə Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə daxil olub.İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq 1906-cı ilə qədər Əsədullayevin yanında müdir müavini işləyib. Sonra A.Nağıyevin yanında eyni vəzifəni icra edib. Balıqçılıq sahəsində,1910-1917-ci illərdə isə neft mədənlərində çalışıb. Salyandan ADR parlamentinin tərkibinə seçilib. Aprel işğalından sonra Azərbaycanın yüngül sənaye sistemində rəhbər vəzifəsində çalışıb.Həmçinin institut və texnikumlarında dərs deyib. 1939-cu illərdə repressiyaya məruz qalıb.1942-ci ildə Bakıya qayıtdıqdan sonra yolda vəfat edib.

                                                                            Siyasi fəaliyyəti....

1918-ci ildə Cavad qəzasının rəisi olub. 30 noyabr 1918-ci ildə Salyan Milli Komitəsinin iclasında alınan qərarda Komitə tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə namizəd göstərillib. Parlamentin 8 yanvar 1919-cu ildə üzvlüyü qəbul olunub. Əvvəlcə bitərəflər fraksiyasının üzvü olan Baxış bəy Parlamentin 23 oktyabr 1919 tarixli sayca səksən yeddinci iclasında açıqlanan bəyənnaməyə əsasən səsvermə hüququnu özündə saxlayaraq Müsavat və bitərəflər fraksiyasına daxil olub. 1924-cü ildə Bakı Qarşılıqlı Kredit Cəmiyyətinin Şura üzvü olub.

Bünyamin Bünyadzadə

Visiontv.az