Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
08.06.2026

İran İsrailə 11 ballistik raket atıb və heç bir ölkə belə bir hücuma dözməyəcək.

Bunu İsrailin ABŞ-dəki səfiri Yehiel Leiter deyib.

"İsrail İranın raket obyektlərini hədəf alır və əgər Hizbullah işə qarşarsa, Beyrut ətrafındakı mərkəzləri ciddi şəkildə hədəfə alınacaq",- o əlavə edib.

Leiterin sözlərinə görə, İsrail ordusu İranın yer-yer raket buraxılış məntəqələrini və enerji sektoru ilə əlaqəsi olmayan bəzi infrastrukturları hədəf alaraq cavab verib.

"Livan xalqı İranın proksi qüvvələrini rədd edib və hamı İran rejiminin davranışından bezi",- səfir bildirib.

visiontv.az