İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
08.06.2026

İranın məhkəmə sistemi “düşmənlə əməkdaşlıq” ittihamı ilə 3121 nəfər barəsində cinayət işi açıb, onlardan 2 406 nəfəri həbs olunaraq saxlanılmaqdadır.

Bu barədə bazar ertəsi məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib.

“İndiyədək bu şəxslərin bir çoxuna məxsus aktivlər müəyyən edilərək müsadirə olunub və məhkəmə araşdırmaları və qərarlarından sonra həmin əmlaklar xalqın xeyrinə dövlət nəfinə keçiriləcək.” - deyə o qeyd edib.

Bu açıqlamalar İran və İsrail arasında aprel ayında müharibəni dayandıran atəşkəsdən sonra iki ölkə arasında baş verən ilk birbaşa qarşılıqlı hücumlar fonunda səsləndirilib.

visiontv.az