Rusiyanın Ermənistan siyasəti keçmişdə ilişib qalıb
08.06.2026

Ermənistanda keçirilən seçkilər müxalifət üçün ağır məğlubiyyət, ona dəstək verən Rusiyanın isə uzunmüddətli regional siyasətinin fiaskosudur. Cənubi Qafqazda yeni siyasi transformasiya prosesi gedir və Moskva bu dəyişən geosiyasi reallığa uyğunlaşmaq istəmir.

Rusiya Ermənistanda uğur qazana bilmir, çünki hələ də 1990-cı illərin siyasi yanaşması ilə hərəkət edir. Moskvanın region üzrə yeni və çevik siyasi strategiyası yoxdur. İrəli sürdüyü S. Karapetyan və R. Koçaryan kimi fiqurlar isə əsasən keçmiş Qarabağ məsələsinin siyasi ritorikasında ilişib qalıblar və cəmiyyətə gələcək vizyonu təqdim edə bilmirlər.

Məhz bu səbəbdən Rusiyanın Ermənistandakı siyasəti keçmişə bağlı qaldığı üçün dəyişən regional reallıq və gələcəyin siyasi tələbləri ilə uzlaşmadı.

Məhəmməd Əsədullazadə

visiontv.az