“Tasnim”: İran uzunmüddətli müharibəyə hazırlaşır
08.06.2026

İran İsraillə uzunmüddətli müharibəyə və ABŞ-ın maraqlarına zərbə vurmağa hazırdır.

Bu barədə  “Tasnim” hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İsraillə uzunmüddətli müharibəyə və  ABŞ-ın maraqlarına  zərbə vurmağa tam şəkildə hazırlıqlıdır, bununla bağlı kifayət qədər zəruri tədbirlər görülüb.

Mənbə qeyd edib ki, İsrail və  Amerika “nəzarət olunan gərginlik” vasitəsilə İranı və “Müqavimət cəbhəsi”ni proqnozlaşdırıla bilən vəziyyətə sala və ya İranın cavabını məhdudlaşdıra biləcəklərini düşünürsə, böyük səhv edir.

Hərbi mənbə vurğulayıb ki, qarşıdakı günlər İsrail və  ABŞ-ın hesablamalarının hər zaman olduğu kimi, səhv olduğunu göstərəcək.

Mənbə həmçinin deyib ki, İran “Müqavimət cəbhəsi”ndəki dostlarını heç vaxt tək qoymur.

Mənbə əlavə edib ki, “ABŞ bu məsələdə ağır bədəl ödəyəcək və İsrail cəbhəsinin  ABŞ-dan ayrı olduğu barədə səhnələşdirilən görüntülər yalnız  təbliğat  xarakteri daşıyır, İran  ABŞ-a belə bir imkan verməyəcək”.

visiontv.az