Bakıda yanğın olub, 2 nəfər xəsarət alıb
26.03.2023

Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.

Visiontv.az Apa - ya əsasən bildirir ki, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.